İtaliyada 5,4 bal gücündə zəlzələ baş verib

İtaliyada 5,4 bal gücündə zəlzələ baş verib

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı xəbərə görə, ölkənin şimalında 5,4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Genuya, Turin şəhərlərində, habelə Veneto bölgəsində hiss edilib. Zəlzələnin ocağı 60,8 kilometr dərinlikdə, episentri Parma əyalətində olub.

Xatırladaq ki, bir neçə gün əvvəl İtaliyanın həmin bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib. Onun episentri Reco Emiliya əyalətində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə