Türkiyə Prezidenti Abdullah Gül Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. SİA-nın "Hüriyyet" ə istinadən verdiyi xəbərə görə, yanvarın 29-da planlaşdırılan səfər BƏƏ dövlət başçısı və Əbu-Dabi əmiri Altes Şeyx Xəlifə bin Zayed Əl Nahyanın dəvəti ilə baş tutacaq. Səfər üç gün davam edəcək.
Səfər çərçivəsində Dubayda keçiriləcək Türkiyə-BƏƏ İşgüzar Forumunda çıxış edəcək Abdullah Gül, həmçinin BƏƏ-li sərmayəçilərlə də görüşəcək.
Qeyd edək ki, bu 15 illik fasilədən sonra Türkiyə dövlət başçısının BƏƏ-yə ilk rəsmi səfəri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB