Pentaqon Türkiyədə yeni hərbi bazalar qura bilər. SİA-nın məlumatına görə, bu haqda Amerikanın "Wall Street Journal" qəzeti yazır. Qəzet bildirir ki, Pentaqon Türkiyə və İordaniyanın şərqində İraq sərhədinə yaxın yeni xüsusi əməliyyat bazaları üçün qərargahlar açmağı düşünür.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) irimiqyaslı döyüşlər yerinə kiçik məxfi əməliyyatlara köklənməsi strategiyasının təzahürü kimi adi hərbi qüvvələrini azaldaraq pilotsuz hava təyyarələri və xüsusi əməliyyat bazalarının qlobal şəbəkəsini genişləndirməyi planlaşdırdığı yazılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB