Böyük Britanaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. SİA-nın xəbərinə görə, bunu Böyük Birtaniyanın Baş naziri David Cameron bildirib: "Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Böyük Britaniya onun fəaliyyətini dəstəkləyir. Bu o deməkdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirə biləcək hazırkı prosesi dəstəkləyirik. Düşünürəm ki, Azərbaycan da bu həll yoluna nail olmaq üçün sülh prosesini dəstəkləyir".
Baş Nazir eyni zamanda rəsmi Londonun münaqişə tərəfləri arasında müharibənin yenidən bas verməsinin tərəfdarı olmadığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB