Türkmənistan İrana təbii qaz ixracatını artırdı

Türkmənistan İrana təbii qaz ixracatını artırdı

Dünyanın zəngin enerji resurslarına sahib olan Türkmənistan İrana ixrac etdiyi təbii qazın miqdarını artırıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 2010-cu ildə İrana 7,2 milyard kub metr təbii qaz ixrac edən Türkmənistan, 2011-ci ilin 10 ayı ərzində bu ölkəyə 9 milyard kub metr təbii qaz satışını reallaşdırıb. Qeyd edək ki, Türkmənistan və İran əlaqələrində təbii qaz sektoru amili əhəmiyyətli yer tutur. Bununla belə Türkmənistan dövləti İranla bərabər Rusiya və Çinə də təbii qaz ixrac edir. Çinə 2010-cu ildə 4,6 milyard kub metr, 2011-ci ilin 10 ayı ərzində isə 12,7 milyard kub metr təbii qaz satılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə