Çilidə baş verən 6,2 bal gücündə zəlzələ ölkəni yenidən silkələyib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələnin episentri Konsepsyon şəhərindən 50 kilometr şimalda qeydə alınıb. Zəlzələ ocağı 19,5 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barəsində isə heç bir məlumat verilməyib. Bununla belə sunami təhlükəsi də qeydə alınmayıb. Qeyd edək ki, 2010-cu ilin fevralında Çilidə baş vermiş 8,8 bal gücündə zəlzələ və ardınca yaranan sunami nəticəsində 500-dən çox adam ölmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB