İranın Avropa Birliyinə cavabı daha sərt oldu

İranın Avropa Birliyinə cavabı daha sərt oldu

İran parlamentinin xarici siyasət və müdafiə komitəsi sədrinin müavini Məhəmməd Kossari Avropa Birliyinə cavab verib. İranın "Fars" xəbər agentliyinin məlumatına görə, o bildirib ki, Avropa Birliyi ölkələrinə idxal olunan neftin nəqlində azalma olsa, İran Hörmüz boğazını bağlayacaq.


Kossari qeyd edib ki, əgər İran neftinin satışına bir maneəçilik yaradılarsa, Hörmüz boğazı mütləq bağlanacaq. Dünyada neft nəqlinin 20 faizi Hörmüz boğazından ötürülməklə həyata keçirilir.


Xatırladaq ki, Avropa Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə İran neftinin idxalına embarqo qoyulmasına dair ilkin razılıq əldə edib.


İran neftinə qadağa iyulun 1-dən tam şəkildə tətbiq ediləcək. İrana qarşı yeni sanksiyalar paketi İran neftinə və neft məhsullarına tədricən qadağa qoyacaq, iyulun 1-dən etibarən isə İrandan neft alan bütün Avropa Birliyi ölkələri bu neftin idxalını dayandıracaq. Avropada İran neftinin böyük hissəsi, yəni 68 faizi Yunanıstan, İtaliya və İspaniyanın payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə