Nigeriyada partlayışlarda ölənlərin sayı 120-yə çatıb

Nigeriyada partlayışlarda ölənlərin sayı 120-yə çatıb

Ötən cümə Nigeriyanın Kano şəhərində ardıcıl törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 120-yə çatıb. Bu barədə Qırmız Xaç Cəmiyyəti məlumat yayıb.


Xatırladaq ki, cümə günü törədilmiş partlayışlarda 8 hökumət binasına ardıcıl hücumlar olmuşdu. Partlayışlar nəticəsində iki polis əməkdaşı və bir jurnalist daxil olmaqla azı 7 nəfərin öldüyü bildirilirdi.


Partlayışlara görə məsuliyyəti "Boko Haram" qruplaşması öz üzərinə götürüb. Qruplaşmanın lideri Abubəkər Şekau partlayışların onların üzvləri saxlanıldığı üçün qısas almaq məqsədilə törədildiyini bildirib. Hökumət mənbələrindən verilən məlumata görə isə, partlayışların "Boko Haram" qruplaşması ilə heç bir əlaqəsi yoxdur.


Dünən isə Yenaqoa şəhərində körpüdə partlayış törədilib. Xəsarət alanın olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə