Meksikada güclü zəlzələ baş verib

Meksikada güclü zəlzələ baş verib

Meksikada güclü zəlzələ baş verib. BBC-nin verdiyi məlumata görə, 6,2 bal gücündə yeraltı təkanlar Bakı vaxtı ilə ötən gün 22.47-də Çiapas ştatı sahillərində qeydə alınıb. Güclü təkanlar ştatın paytaxtı Tukstla-Qutyerresdə, eləcə də, Qvatemala ilə sərhəddəkt Tapaçula şəhərində hiss olunub.


Paytaxtda bir çox binaların pəncərə şüşələri sınıb, vahiməyə düşmüş sakinlər evlərinə qayıtmaqdan qorxurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə