Yəməndə etirazlar səngimir

Yəməndə növbəti etiraz aksiyaları keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sabiq prezident Əli Abdulla Salehiyə qarşı keçirilən etirazlarda 10 minlərlə insan iştrak edib.

Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar sabiq prezident Əli Abdulla Salehinin məhkəməsini və erkən prezident seçkisinin keçirilməsini tələb ediblər.

Qeyd edək ki, sabiq prezident hökumət əleyhinə etirazlar zamanı törədilən cinayətlərə görə ittiham edilir. Nümayişlər zamanı etirazlarla təhlükəsizlik qüvvələri arasında yaranmış toqquşmalarda 200-dən çox insan öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə