Sarkozi Ərdoğanın məktubuna cavab yazıb

Sarkozi Ərdoğanın məktubuna cavab yazıb

Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub göndərib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, məktubda deyilir: "Hörmətli baş nazir! Mənə ünvanladığınız məktuba cavab olaraq, Senatda müzakirə ediləcək və iki ölkə arasındakı əlaqələr baxımından əhəmiyyətli olan qanun layihəsi haqqında sizə yazıram. Öncə qeyd etmək istəyirəm ki, qanunun məqsədi Fransız cəmiyyətinin uzun müddət yaşadığı inkar duyğusunu aradan qaldırmaq və 100 illik yaralarını sarımaqdır. Bu, bütün soyqırımlarla bağlı, ümumi və əhatəli bir layihədir. Onun mətnində konkret xalq və ya dövlət hədəfə alınmayıb. Çünki türk xalqının Birinci Dünya Müharibəsi və Osmanlı İmperiyasının süqutu zamanı yaşadığı ağrını da çox yaxşı başa düşürük.

Bilirəm ki, tarixlə üzləşmək asan deyil. Amma Fransa, etiraf edilməsi çətin olan həqiqətlə barışdı. Kölə alverindəki məsuliyyətini qəbul etdi. Alman işğalı əsnasında Fransada yaşayan yəhudilərin toplanaraq düşərgələrə göndərilməsindəki rolunu etiraf etdi. Şəxsən mən, 2007-ci ildə Əlcəzairin Konstantin şəhərindəki çıxışımda Əlcəzairdə Fransa müstəmləkəçiliyinin yol verdiyi vəhşəti və Əlcəzair xalqının acılarını dilə gətirərək, pislədim. Türkiyə böyük ölkədir və Fransa üçün əhəmiyyətli müttəfiqdir. İki dost və müttəfiq dövlət olaraq, bizə yaraşan şəkildə ağlın qalib gəlməsini arzulayıram. Bilmənizi istəyirəm ki, bu qanunla bağlı atılacaq ifrat addımlar iki ölkə arasındakı əlaqələrə zərər verəcəyi kimi, nəticələri də dəhşətli olacaq. Məsuliyyət isə bu addımlara cəhd edənlərin üzərinə düşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə