Baş nazir: \"Senat ilə əlaqədar olan işləri və görüşmələrimizi bundan sonra davam edəcəyik\"

Baş nazir: \"Senat ilə əlaqədar olan işləri və görüşmələrimizi bundan sonra davam edəcəyik\"

"Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsi bağlı, Qanunlar Komissiyasının etdiyi şərh bunun senatdakı rəngini ortaya qoyan bir nəticə deyil. Amma bu işin konstitusiyaya zidd olduğunu ortaya qoymaqla əslində belə bir rəng ortaya qoyduğunu deyə bilərəm. İnanıram ki Fransa Senatı da bu şəkildə qiymətləndirəcək". SİA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə bu qanun layihəsinə qarşı ilk müddətdə lazım olan reaksiyanı ortaya qoyub. Onun sözlərinə görə, hazırda sanksiyalar nöqtəsindəki tətbiqlərimiz eyni dayanıqlılıqla davam edir. R.T.Ərdoğan vurğulayıb ki, Qanunlar Komissiyası xüsusilə azadlıqlar nöqtəsindəki həssaslıqlarını ortaya qoymuş bir ölkədə belə bir azadlığı inancda, düşüncədə məhdudlaşdıracaq yanaşmanı heç bir zaman mənimsəməyəcək.

"Amma ortada 50 parlamentanin səsi ilə alınan bir qərar var. Bu 50 parlamentari arasında alınan bir qərarda 11-i "rədd", 38-39-u isə "bəli" cavabı verib, digərləri isə bitərəf qalıb. Bu da onu göstərir ki, Fransa Parlamenti əslində belə bir əhəmiyyətli mövzunu mənimsəməmiş və kimsə belə bir riskin altına girməyi istəmir. İnanıram ki, senat burada fərqli bir rəftarla bundan əvvəl olduğu kimi bu işi rədd edər. Biz də təbii senat ilə əlaqədar olan bəzi işlərimizi, görüşmələrimizi davam etdiririk və bundan sonra da davam edəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə