Suriyada hərbi qüvvələr geri çəkilməyə başlayıb

Suriyada hərbi qüvvələr geri çəkilməyə başlayıb

Suriya hökuməti müxalifətlə əldə edilən atəşkəs razılaşmasına əsasən, hərbi qüvvələri geri çəkməyə başlayıb. Ötən gün Zədəbani şəhərində tankların qəsəbələri tərk etməsi müşahidə olunub.


Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Zədəbani şəhərini mühasirəyə alan onlarla zirehli texnika yaxınlıqdakı hərbi bölməyə çəkilib. Buna baxmayaraq, ölkədə zorakılıq hallarının davam etməsi ilə bağlı məlumatlar yayılıb. Əsəd rejimininə qarşı çıxan etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 19 nəfərin öldürüldüyü bildirilir.


Qeyd edək ki, Ərəb Liqasının müşahidəçi missiyasının vaxtı artıq dünən başa çatıb. Lakin Liqanın əməliyyatlar üzrə monitorinq məruzəçisi Adnan əl-Xudeyr Misirin paytaxtı Qəhirədə keçirilən görüşlər zamanı monitorinqin vaxtının uzadıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə