Türkiyənin Hakkari vilayətində törədilən güclü partlayış nəticəsində yaralanan 27 nəfərdən biri xəstəxanada keçinib. Ölənin 16 yaşlı yeniyetmə oğlan olduğu bildirilib. Bir iş yerinin qarşısındakı elektrik taransformatoruna birləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralananlardan 7-si polis əməkdaşıdır.
Partlayışdan sonra yaşanan panika həvəskar kameralara əks olunub. Polis hadisə yerinə toplaşmış izdihamı dağıtmaq üçün havaya atəş açıb. Partlayışdan sonra yaxınlıqdakı iş yerlərinin şüşələri qırılıb, bir çox mağazalar istifadə üçün yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır. İlkin olaraq məlum olub ki, partlayışın baş verdiyi yer Hakkari bələdiyyəsinə yaxındır və hədəf oradan keçən polis avtobusu olub. Partlayışdan sonra isə bir qrup şəxs hadisə yerinə gələn polisləri atəşə tutub. Başlayan atışma naməlum şəxslərin yaralanaraq qaçması ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB