İranda zəlzələ baş verib. Mütəxəssislər bunu son Cənub qonşumuzun ərazisində son 10 ilin ən güclü zəlzələsi adlandırıblar. SİA-nın verdiyi məlumata görə, Xorasane-Rəzavi vilayətinin Nişabur şəhərində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir. 17 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar əsasən sınıq xəsarətləri ilə müraciət ediblər. Nişapur şəhərində 30 binaya ciddi ziyan dəyib.
"İRNA" xəbər agentliyinin Tehran Universitetinin seysmoloji mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Nişabur şəhərindən 10 kilometr aralıda, yerin 10,5 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar 7 saniyə davam edib və zəlzələdən sonra 20 avtoşok qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB