Əfqanıstanda hava limanında partlayış törədildi. Partlayış Əfqanıstanın Qəndəhar əyalətində baş verib. Nəticədə 2-si uşaq olmaqla, 7 nəfər ölüb. Aralarında qadın və uşaqların olduğu 8 nəfər də yaralanıb. Partlayış Qəndəhar beynəlxalq hava limanına girişdə kamikadze tərəfindən törədilib. Hücumun hədəfinin NATO hərbçilərinə məxsus karvanın olduğu bildirilir. Lakin ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb. Qeyd edək ki, bu, "Taliban" hərəkatının yarandığı Qəndəharda son bir neçə gün ərzində ikinci kamikadze hücumudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB