Lavrov İran və Suriyadan danışıb

Lavrov İran və Suriyadan danışıb

İran altıtərəfli danışıqların bərpa olunmasına hazırdır. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Moskvaya İran Təhlükəsizlik Şurası katibinin müavini səfər edəcək: "Biz onunla da bu mövzuda danışıqlar aparacağıq. Avropa İttifaqı və İran nümayəndələri arasındakı görüşlər zamanı növbəti danışıqların tarixi müəyyənləşdiriləcək".

Rusiyanın Suriya ilə hərbi-texniki sahədə əməkdaşlığına gəlincə Lavrov bildirib ki, əməkdaşlıq beynəlxalq normalara zidd deyil: "Biz nə beynəlxalq razılaşmaları, nə də BMT TŞ-nin qətnamələrini pozmuruq ki, izahat verək. Bizim Suriya ilə ticarət əlaqələrimiz beynəlxalq hüquq çərçivəsində həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə