Efiopiyanın şimalında Afar bölgəsində silahlı şəxslər tərəfindən 5 turist öldürülüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, turistlərdən 5-nin öldüyü, 2-nin ağır yaralandığı, 1 turistin isə hücumdan xilas olduğu bildirilib. Əridərə sərhədinə yaxın bir ərazidə isə 8 turistin hücuma məruz qaldığı söylənilib. Efiopiya Xarici İşlər Nazirliyi baş vermiş insidenti təsdiqləsə də turistlərin şəxsiyyəti haqqında heç bir məlumat verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB