Rumuniyanın paytaxtı Buxarestdə prezident Trayana Beseskunun istefasını istəyən 113 etirazçı həbs edilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rumuniyanın Daxili İşlər Nazirliyinin əməkdaşları axtarış zamanı etirazçıların üstündən petard bombaları, şüşə, tüstü bombası və Molotov kokteylləri tapıb.
Qeyd edək ki, Buxarestdəki etirazlar 5 gündür ki, davam edir və onlar zorakılıqla müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB