İspaniyada 1939-cu ildən 1975-ci ilədək hökumətə rəhbərlik edən Fransisko Frankonun hakimiyyəti illərində turizm və informasiya naziri olmuş Manuel Fraqa İribarne 89 yaşında vəfat edib. SİA-nın xəbərinə görə, Manuel Fraqa İribarne 1962-1969-cu illərdə nazir vəzifəsində işləyib, F.Frankonun ölümündən sonra isə yeni qurulmuş hökumətdə aralıqlı müddətlərdə Daxili İşlər Nazirliyinə rəhbərlik edib. O, 1990-2005-ci illər ərzində İspaniyanın şimalında yerləşən Qalisiya muxtar vilayətinə rəhbərlik edib.
Qeyd edək ki, sözügedən şəxs konstitusiya hüququnun ən gözəl bilicilərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB