Əhmədinejat nüvə alimlərinin mühafizəsini gücləndirəcək

Əhmədinejat nüvə alimlərinin mühafizəsini gücləndirəcək

İran dövlət başçısı Mahmud Əhmədinejat yanvarın 11-də İran nüvə fiziki Mustafa Əhmədi Rövşən avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində həlak olmasından sonra nüvə proqramı sahəsində çalışan alimlərin mühafizəsinin gücləndirməsi ilə bağlı tapşırıq verib. SİA-nın "İSNA" ya istinadən verdiyi xəbərə görə, bunu İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi deyib.

Onun sözlərinə görə, hökumət və təhlükəsizlik qüvvələri bu insanları mümkün hücumlardan qorumaq üçün bütün zəruri tədbirləri görəcək. O, qeyd edib ki, heç bir dövlət terror metodları ilə İranın elmi tərəqqisinin qarşısını ala bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə