Suriyada vəziyyət gərgindir
Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Ərəb Liqası müşahidəçilərin zorakılıq və insan haqqlarının pozulmasıyla bağlı monitorinq işləri apardığı bir arada, hökumət qüvvələrinin etirazçıları atəşə tutması davam edir. Ötən gün ölkə boyu 10 nəfərin qətlə yetirildiyi bildirilir. Ölənlərdən 5-nin Türkiyə sərhədlərinə yaxın İdlib şəhərində qətlə yetirilmiş qiyamçı əsgərlər olduğu deyilir. Suriya İnsan Haqqları Monitorinqi qrupu Homsda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində bir qadın daxil olmaqla, 5 nəfərin qətlə yetirildiyini 9 nəfərin yaralandığını xəbər verir. Bundan başqa, 16 yaşlı yeniyetmə qızın snayper atəşindən öldüyü deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə