Merkel, Sarkozi və Montinin qatılacağı Roma zirvəsi ləğv edildi

Merkel, Sarkozi və Montinin qatılacağı Roma zirvəsi ləğv edildi

Almaniya baş naziri Anqela Merkel, Fransa prezidenti Nikolay Sarkozi və İtaliya baş naziri Mario Monti arasında cümə günü təşkil edilməsi planlaşdırılan Roma zirvəsi ləğv edilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zirvənin ləğv edilməsinə səbəb Fransa tərəfinin gündəmi ilə bağlı səbəblər olub.

Qeyd edək ki, üçlük yanvarın 20-də Romada bir araya gələrək Avrozonadakı borc böhranı ilə bağlı məsələləri müzakirə etməli idi.


Bütün xəbərlər Facebook səhifəmizdə