“Makor rişon”: “İsrail şərt daxilində “erməni soyqırımı\"nı tanıyacağını bildirib”
İsrail tərəfi 3 dəfə Ermənistana müəyyən təklifləri qəbul edəcəyi təqdirdə onların da qondarma \"erməni soyqrımı\"nı tanıyacaqlarını bildiriblər. SİA-nın xəbərinə görə, bu barədə İsrailin "Makor rişon" mətbu orqanı yazıb. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi rəsmi Ermənistanı Fələstin dövlətini tanımaqdan imtina edərsə, onlar da uydurma \"erməni soyqrımını tanımağa hazır olduqlarını bildirərək erməniləri hədələməyə çalışıb: "Son vaxtlar bu məsələ rəsmi dövlətlərarası görüşlər çərçivəsində 3 dəfə müzakirə olunub. İlk təklif İsrail yüksək rütbəli şəxslərin Ermənistana ötən ilin iyulunda baş tutan səfər zamanı olub. İkinci dəfə danışıqlar BMT Baş Assambleyasının 66-cı sessiyasında İsrail xarici işlər nazirinin müavini Dani Aylonun ermənistanlı həmkarı Armon Kirakosyan arasında aparılıb. Nəhayət üçüncü raund UNESCO-nun Baş konfransının 36-cı sessiyası çərçivəsində Fələstinin tamhüquqlu üzv qismində quruma daxil olması barədə qərar qəbulu zamanı baş tutub. Belə ki, İsrail tərəfi Ermənistana Fələstinə qarşı çıxacağı təqdirdə qondarma "soyqırım"ı tanıyacağını bildirib".
Nəşrdə qeyd edilir ki, İsrailin 3 dəfə etdiyi ciddi cəhdlərə baxmayaraq, Ermənistan bu təklifdən imtina edib. Nəşr hesab edir ki, Ermənistanın bu təklifə razılaşmamasının əsas səbəbi ilk növbədə guya Suriya və Livanda daima təhlükə altında yaşayan həmvətənlərinin taleyidir. Eyni zamanda "Makor rişon" məsələ ilə bağlı İsrail XİN-in rəyini öyrənməyə çalışıb və Nazirlik bu məlumatları təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB