İraqda terror: 8 ölü

Bu gün səhər saatlarında İraqın Mosul şəhərində avtomobillərin birinə yerləşdirilən bombanın partlaması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Mosul Dövlət xəstəxanasından verilən məlumatda yaralıların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə