Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun qızı 54-cü koloniyada anasına baş çəkib. Bu barədə SİA-nın Ukrayna bürosu məlumat verib.
Mətbuata açıqlama verən Yevqeniya Timoşenko anasına baş çəkdiyini və bu günlərdə şəxsi massajistinində həbsxanaya buraxılacağını deyib. Yevqeniya anasının həbsxana massajistindən imtina etməsinin səbəblərini belə açıqlayıb: "Anama verilən bir həbdən sonra o iki saat huşunu itirmiş vəziyyətdə olub. Odur ki, anam həbsxana tərəfindən göstərilən bütün tibbi xidmətlərdən imtina edib. Bunu həbsxana rəhbərliyi də təsdiq edir ki, anam iki saat huşunu itirib, lakin səbəbini açıqlamırlar".
Eks-baş nazirin qızı Karr familiyasını daşısa da o öz familyasını dəyişərək anasının familyasını götürüb. Yevqeniyanın adı siyasətdə hallanaraq onun anasının əvəzinə Ali Radaya deputat seçiləcəyi deyilsə də o bunu qəti inkar edib. Yevqeniya deyib ki, Radaya deputat seçilmək fikri yoxdur. Bunu Ukrayna Ali Radasının spikeri də təsdiqləyib: "Yevqeniya Timoşenko Ali Radaya deputatlığa namizədliyini vermək istəmir".
Yevqeniyanın və həbsxana həkimlərinin də mətbuata açıqlamasından belə məlum olur ki, hazırda eks primerin səhhəti normaldır.
Əlmaniz Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB