Pakistanın baş naziri Yusif Gilanini məhkəmə önünə çıxacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, o yanvarın 19-na kimi məhkəməyə gəlməli və korrupsiya işi üzrə aparılan prosesdə şahid kimi ifadə verməlidir. Qeyd edək ki, Pakistan Ali Məhkəməsi baş nazir Yusif Gilanini xüsusi göndərişlə məhkəməyə çağırıb. Ali Məhkəmə həmçinin baş naziri buna görə vəzifəsindən də məhrum edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB