İranın Xarici İşlər Nazirliyi nüvə fiziki Mustafa Rövşənin qətlinə aid olan dəlil-sübutların olduğu məktubu ABŞ-a ünvanlayıb. SİA-nın "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunub ki, MKİ Mustafa Rövşənin qətlini planlaşdırıb və buna dəstəyi təmin edib. Qeyd edək ki, rəsmi Tehran bu cinayətdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirir.
Bu arada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri ABŞ, Böyük Britaniya və İsrailə xəbərdarlıq edib. General bildirib ki, İran bu hadisəni ölkə təhlükəsizliyinə böyük təhdid sayır və hazırda cinayət hadisəsini ciddi şəkildə araşdırır: "Biz düşmənlərimizə sərt şəkildə cavab verəcəyik, xüsusilə terror aktının arxasında dayanan ABŞ, Böyük Britaniya və İsrail üçün nəticələr ağır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB