İranda 12 nəfər edam olunub

Ötən gün İranın Fars vilayətinin mərkəzi Şiraz şəhərində 12 nəfər edam olunub. SİA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan 7 nəfər Şiraz həbsxanasında, adam oğurluğu, təcavüz, qətl və silahlı soyğunda günahlandırılan 5 nəfər isə əhalinin gözü qarşısında edam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə