Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu Rauf Denktaşın vəfatı ilə bağlı ümummilli matəm elan olunub. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə Nazirlər Kabineti qərar verib. Bu gündən başlanan matəm Rauf Denktaş dəfn olunacağı gün bitənə qədər davam edəcək.
Bununla bağlı Türkiyədə, dövlətin bütün xarici təmsilçiliklərində bayraqlar endiriləcək.
Qeyd edək ki, Rauf Denktaş yanvarın 17-də torpağa tapşırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB