Generallar Əsədi tərk edir
Suriya ordusunun şimal bölgəsi üzrə kəşfiyyat xidmətinin rəis müavini general Mustafa Əhməd əl Şeyxin iki həftə əvvəl Türkiyəyə qaçdığı ortaya çıxdı. SİA-nın \"Reuters\"ə istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd hakimiyyətinə qarşı üsyanın başladığı ötən ilin martından bu yana Suriya ordusundan qaçan ən yüksək rütbəli hərbçi olan Əl Şeyxin üsyançı zabitlərin yaratdığı Azad Suriya Ordusuna qatıldığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə