Fransa Senatının Avropa Demokratik Sosialist Məclisi fraksiyası "erməni soyqırımı"nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin Senatda müzakirəsinə münasibət bildirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, fraksiya qanunun əleyhinə səs verəcəyini bəyan edib.
Qeyd edək ki, Fransa Senatı qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi yanvarın 23-də səsverməyə çıxaracaq. Senat yanvarın 23-də millət vəkili Valeri Boyerin təklif etdiyi qanun layihəsini səsverməyə qoyacaq.
Xatırladaq ki, dekabrın 22-də qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Fransa Milli Məclisinin Aşağı Palatasında qəbul olunub. Qanuna görə, "soyqırımı" inkar edənlərə 1 il həbs veriləcək və 45 min avro cərimə ediləcək. Qanun layihəsi 38 millət vəkilinin qanunun lehinə səsveməsi ilə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB