Yəhudi iş adamlarının gizli Şimali Kipr Türk Respublikası planı

Yəhudi iş adamlarının gizli Şimali Kipr Türk Respublikası planı

Yəhudi iş adamları Şimali Kipr Türk Respublikasında kütləvi şəkildə ərazilər alaraq orada lüks villalar və binalar tikdirirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onlar kiprli türk vəkillər vasitəsilə kağız üzərində şirkətlər yaradır, sonra da Şimali Kiprin ən məşhur yerlərində əraziləri həmin şirkətlərin adına alırlar. Bu gizli əməliyyatlar yəhudi iş adamlarının nəzarətindədir və ərazilər də yəhudilərə məxsus olur.

Şimali Kiprin ən bahalı bölgələrini satın alan yəhudi iş adamlarının İsrailin gizli planını həyata keçirdikləri deyilir. Şimali Kiprdə Böyükkonuk, Bahçeli, Tatlısu, Karpaz, Dipkarpaz, Yenierenköy və Sadrazamköy kimi kəndlərdə artıq satışa çıxarılacaq ərazilərin qalmadığı bildirilir. Lapta kəndində isə İsrailin dəstəyi ilə sinaqoq tikilib.

Bütün xəbərlər Facebook səhifəmizdə