İtaliyada taksi sürücüləri tətil elan ediblər. Paytaxt Roma ilə yanaşı Milan və Neapol şəhərlərində də baş tutan tətildə yüzlərlə taksi sürücüsü iştrak edib.
Sürücülərin bir günlük tətili yerli turistlər arasında xaosun yaranmasına səbəb olub. Sürücülər ölkənin baş naziri Mario Montinin yeni ciddi tədbirlər paketinə qarşı etiraz ediblər.
Qeyd edək ki, yeni qanun layihəsində rəqabəti artırmaq məqsədilə bəzi sənaye sahələrinin, eyni zamanda, taksi nəqliyyatının liberallaşdırılması nəzərdə tutulur. Yeni qanundan sonra taksi sürücülərinin artacağından ehtiyat edən sürücülər bildiriblər ki, bu cür tədbir yolverilməzdir. Onların sözlərinə görə, hər taksi dayanacağında 15-20 taksi olur. Onlara növbə düşməsi üçün saatlarla gözləməli olurlar. Sürücülərin artacağı təqdirdə isə qazanc daha da azalacaq. Yanvar ayının 23-nə planlaşdırılan tətildə isə sürücülər yolları kəsəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB