Beynəlxalq reytinq agentliyi Standard and Poor’s avrozonanın 17 ölkəsindən 9-nun kredit reytinqlərini aşağı salıb. SİA-nın məlumatına görə, onların arasında Fransa, İtaliya və İspaniya da var. Almaniya, Finlandiya, Lüksemburq və Niderland ən yüksək "AAA" kredit reytinqini qoruyub saxlayıblar. Almaniyanın reytinqinin proqnozu stabil, digər 3 ölkəninki isə neqativdir.
Avropa Birliyinin ikinci böyük iqtisadiyyatı olan Fransa ən yüksək kredit reytinqindən məhrum olub. Onun reytinqi "AA+" səviyyəsinədək endirilib. Proqnoz isə neqativdir. Beləliklə, agentlik Fransanın kredit reytinqinin getdikcə aşağı düşəcəyini istisna etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB