Çində internet istifadəçilərin sayı 505 milyon nəfərə çatıb. Bu barədə Çinin İnternet Şəbəkəsi üzrə İnformasiya Mərkəzi (CNNIC) açıqlama verib.SİA-nın verdiyi məlumata görə, İnternetin nüfuzetmə səviyyəsi 2010-cu ilin sonu ilə müqayisədə 3,4 faiz artaraq 37,7 faiz həddinə çatıb, Müqayisə üçün qeyd edək ki, Asiyanın Yaponiya və Cənubi Koreya kimi texnoloji baxımdan daha inkişaf etmiş ölkələrində internetin nüfuzetmə səviyyəsi 70 faizə bərabərdir.
Son illər Çində internet yüksək templərlə inkişaf edir. Belə ki, 2008-ci ildən ölkədə internet istifadəçilərin sayı təxminən 280 milyon artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB