Ukraynanın keçmiş baş naziri Xarkovdakı 54-cü kaloniyaya köçürüblər
"Çəhrayi inqilab"adək Xarkov şəhərindəki 54 saylı kaloniya "Aclıq Kaloniyası" adı ilə məşhur idi. SİA-n Ukrayna bürosunun verdiyi məlumata əsasən, dekabrın 30-da Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu məhz həmin kaloniyaya yerləşdiriblər.
Ukraynanın bir çox aparici mətbu orqanlarında sözügedən kaloniya haqqında xoşagəlməz hadisələr haqda fikirlər yazılır. Belə ki, "Xarkovun şərhi" qəzeti yazır ki, bu kaloniyaya əvvəllər yalnız xəstələri gətirirdilər. Belə ki, hər həftə buradan bir ölü çıxırdı. Qəzetdə yazılır ki, statistikaya nəzər salsaq 2001-2005 illər ərzində sözügüdən kaloniyada neçə ölü çıxıb, hər şey aydın olar. Timoşenkonun nədən məhz bu kaloniyaya yerləşdirilməsi onun tərəfdarlarını çox hiddətləndirib. Onun bir çox tərəfdarı kaloniya ətrafında səs-küy salsalar da bu bir nəticə verməyib. Y.Timoşenko artıq bu gündən Xarkov şəhərindəki 54 saylı həbsxanadadır.
Əlmaniz Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB