Spiker: \"5+1 formatının ölkələri bu danışıqlara alət kimi baxır\"

Spiker: \"5+1 formatının ölkələri bu danışıqlara alət kimi baxır\"

İran parlamentinin spikeri Əli Laricani Türkiyədə səfərdədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfər Türkiyə parlamentinin (TBMM) spikeri Cəmil Çiçəkin dəvəti ilə baş tutub.Ankaraya səfər çərçivəsində spiker Türkiyə prezidenti, baş naziri və xarici işlər naziri ilə regional məsələlər, İranın nüvə proqramı üzrə 5+1 formatında danışıqların davam etdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparacaq.

Əli Laricani jurnalistlərə açıqlamasında bildirib ki, İran nüvə məsələsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünə ümid etsə də, 5+1 formatının ölkələri bu danışıqlara alət kimi baxır: "5+1 formatı mövqeyini dəyişsə və danışıqlara həll variantı kimi yanaşsa, Tehran nüvə məsələsinin həllində kömək məqsədi ilə daha böyük və effktli cəhdlər göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə