Pentaqon şokda: \"ABŞ-ın dəniz piyadaları taliblərin meyitlərini təhqir ediblər\"

Pentaqon şokda: \"ABŞ-ın dəniz piyadaları taliblərin meyitlərini təhqir ediblər\"

ABŞ-ın dəniz piyadaları taliblərin meyitlərini təhqir ediblər. SİA-nın "newsru.com"-a isitnadən verdiyi xəbərə görə, internetdə dəniz piyadalarının öldürülən taliblərin meyitlərini murdarlaması səhnələrinin görüntüləndiyi video yayılıb. "Youtube" saytına yerləşdirilən qalmaqallı videoçarx 1dəqiqə 25 saniyə davam edir və geyimlərini kamuflyaj etmiş dörd əsgərin ölən taliblərin meyitlərinin üzərinə təbii ehtiyaclarını ödəməsi səhnəsi yer alır.

Video görüntü yayılandan sonra ABŞ-da qalmaqal baş qaldırıb. Birləşmiş Ştatların dəniz piyada qoşunları komandanlığının nümayəndələri belə bir çarxın ortaya çıxması ilə əlaqədar araşdırma apardıqlarını bəyan ediblər: "Belə hərəkətlər dəniz piyadasının şərəf kodeksinə ziddir və mövcud dəyərlərimizlə də üst-üstə düşmür. Bu məsələni diqqətlə araşdıracağıq"- deyə, komandanlıqdan bildiriblər.

Dəniz piyada qoşunlarının mətbuat katibi Stüart Apton isə bunun ciddi məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, bu faktın sübuta yetirilməsi həmin hərbçilərin ABŞ-ın dəniz piyada qoşunlarında xidmət etməyə layiq olmadıqlarını təsdiqləyəcək. Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Con Kirbi videoçarxın məzmununun təşviş doğurduğunu bəyan edib. Videonu şəbəkəyə yerləşdirən şəxsin kimliyi hələlik müəyyən olunmayıb

Bütün xəbərlər Facebook səhifəmizdə