Əli Laricani: \"İran Dağlıq Qarabağ problemini heç kimin maraqlarını sarsıtmadan həll edə bilər\" - AÇIQLAMA

Əli Laricani: \"İran Dağlıq Qarabağ problemini heç kimin maraqlarını sarsıtmadan həll edə bilər\" - AÇIQLAMA

Türkiyə ilə İran müsəlman, qardaş, dost ölkələrdir və regional problemlərin həlli üçün birgə koordinasiya zəruridir. SİA-nın xəbərinə görə, bunu Türkiyənin "Anadolu" informasiya agentliyinə müsahibə verən İran parlamentinin spikeri Əli Laricani deyib.

Müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunan Laricani bu məsələnin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Azərbaycanın da münaqişənin bu formatda həllinin tərəfdarı olduğunu qeyd edib: "Regiondaxili problemləri region ölkələrinin özləri həll etsələr daha yaxşı olar. Dağlıq Qarabağ münaqişəsi indi beynəlxalq problemə çevrilib, lakin İran əvvəllər də olduğu kimi onun həllinə öz töhfəsini verməyə hazırdır. Çox mühümdür ki, problemin həlli heç kimin maraqlarını sarsıtmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə