Braziliyanın cənub-şərqinə yağan güclü yağış daşqına və torpaq sürüşməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 16 nəfər ölüb. Sapukaya şəhərində isə 9 nəfər itkin düşüb. Ümumilikdə 30 mindən çox adam öz evlərini tərk etmək məcburiyyətində qalıb. Xatırladaq ki, ötən il də daşqın və torpaq sürüşməsi nəticəsində 1000 nəfərə yaxın insan həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB