İndoneziyanın qərbində Sumatra adasında 7,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələdən sonra ölkədə sunaminin olacağı haqda xəbərdarlıq edilib. Güclü təkan Aça bölgəsinin 30 kilometr dərinliyində qeydə alınıb. Hadisədə ölü və yaralanlılar barəsində heç bir məlumat verilməyib. Qeyd edək ki, 2004-cü ilin dekabrın 26-da həmin ölkədə baş vermiş zəlzələdə 230 min adam həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB