Türkiyədə Dekabrın 22-də Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə qarşı kompaniya aparmaqda davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Ankara Böyükşəhər Bələdiyyə Məclisi Fransaya qarşı addımlar atmaq haqda müzakirələr edib.
Toplantıda bir sıra təkliflər irəli sürülüb. Onların arasında Fransa səfirliyinin yerləşdiyi "Paris" prospektinə "Əlcəzair" adı verilməsi, "Deqol" prospektinin Əlcəzairin qəhrəmanlarından birinin adına dəyişdirilməsi, Fransa səfirliyinin olduğu yerin yaxınlığına Əlcəzair soyqırımının xatirəsinə abidə qoymaq kimi təkliflər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB