İranda Tehran Universitetinin professoru, uranın zənginləşdirilməsi üzrə mütəxəssis qətlə yetirilib. SİA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, professorun avtomobilinin kənarından keçən motosikletə bomba yerləşdilirib. Partlayışın gücündən avtomobil göyə uçub. Baş verən partlayış nəticəsində bir nəfər həlak olub, ən azı iki nəfər yaralanıb.
Həlak olan professorun adı Mustafa Əhməd olub. Onun İsfahandakı zavodda uranın zənginləşdirilməsi layihəsi üzərində çalışdığı bildirilir.
Qətl daha bir atom mütəxəssisi Məcid Şəhriyarinin qətlinin ikinci ildönümündə həyata keçirilib. Belə ki, Şəhriyari 2010-cu il yanvarın 11-də öldürülmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB