Türkiyə ABŞ və Avropa İttifaqının İrana qarşı sanksiyalarını dəstəkləməyəcək. SİA-nın xəbərinə görə, bunu Çinin "Xuançyu şibao" qəzeti dərc edib. Mətbu orqanında yazılan xəbərə əsasən rəsmi Tehrana qarşı təzyiqi gücləndirmək məqsədilə ABŞ NATO-nun üzvü və İranla sıx ticarət əlaqələri saxlayan Türkiyəni də sanksiyalara qoşulmağa çağırıb.
Türkiyə tərəfi isə yalnız BMT sanksiyalarına hörmətlə yanaşdığını bildirərək, bu məsələdə ABŞ və Qərbin yolu ilə getməyəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB