Misirin İsraildən rekord təzminat tələbi

Misirin İsraildən rekord təzminat tələbi

Misir Sina yarımadasını işğal etdiyi 1967 və 1982-ci illər arasında bölgəyə verdiyi zərərin qarşılanması üçün İsraildən 500 milyard dollar məbləğində təzminat tələb etmək üzrə 750 səhifəlik bir hesabat hazırlayıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, Misir hakimiyyəti 750 səhifədən və 190 xəritədən ibarət olan bir hesabatı Birləşmiş Millətlər Təşkilatına təqdim edəcək.

"Əl Mühit" adlı internet saytı isə artıq Qahirənin rekord səviyyədəki təzminat tələbi ilə əlaqədar məsələnin həll edilməsi üçün İsrail və ABŞ-lı diplomatlarından ibarət nüməynədə heyətinin Misir tərəfi ilə gizli görüşlər keçirdiyini yazır.

Misirin İsraildən təzminat tələb etməsinə gətirib çıxaran hadisələr, hazırlanan hesabat qısa başlıqlarla dərc edilib.

1. İsrail Sinanı işğal etdiyi zaman regionda mövcud olan təbii resursların 25-faizini öz ölkəsinə aparıb. Bu zəmində Sinada olan 2 ayrı qızıl mədəni tamamilə talan edilib. 490 Milyon dollarlıq istifadəyə əlverişli qum İsrail tərəfindən keçirilib.

2. Misir Milli Bankı, Misir Ziraat Bankı ilə digər bankların Qəzza şöbələri 1967 döyüşü əsnasında İsrail ordusu tərəfindən talan edilib və əldə edilən pul ilə qızıl, İsrail ordusu tərəfindən komandirlər arasında paylanılıb.

3. Qırmızı dənizdə olan mərcan qayalıqları 40-faizı İsrail tərəfindən dağıdılıb. Bunun nəticəsində bölgədə balıqçılıq tamamailə məhv olub.

4. Sinada yaşayan və nadir olan antilop ilə ceyranlar İsrail tərəfindən aparılıb. Canavar və tülkü kimi heyvanların dərilərindən faydalanılmaq üzrə ovlanaraq öldürülüb.

Hesabatda İsrailin Süveyş Kanalını müharibə zamanı gəmi ticarətinə bağladığı üçün Misirin iqtisadiyyatına ciddi ziyan dəyib və döyüşlər zamanı, İsrail ordusunun 250 min əsgər və mülki misirlilerin öldürdüyü, 1 milyon adamın isə yaralandığı və ya şikəst qaldığı irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə