"Məsuliyyətdən və vəzifəmdən vaz keçməyəcəm. Çünki xalqım hələ məni müdafiə edir". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Suriyanın prezidenti Bəşər Əsəd dövlət televiziyasında çıxışı zamanı deyib. O, ölkə daxilindəki baş verən qarşıdurmanın yaranmasında xarici qüvvələri günahlandırıb: "Bizi devirmək üçün bircə alternativ qalıb, o da xarici müdaxilə. Ancaq ölkəmizi qarışdırmaq istəyənlər müvəffəqiyyət qazana bilməyiblər. Yaxında qələbəmizi qeyd edəcəyik".
Ərəb Liqası müşahidəçilərinin ölkəyə gəlməsinin öz təşəbbüsü olduğunu deyən Bəşər Əsəd Ərəb Liqasının Suriyaya qarşı cəbhə açmaqda ittiham edib. "Ərəb dövlətlərinin demokratiya ilə əlaqəsi yoxdur. Ərəb Birliyi Sudandakı qətliamın qarşısını kəsə bildimi? Yoxsa, İraqdakı terror qurbanlarını qoruya bildimi? Ərəb Liqası iflas edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB