Obama administrasiyasının rəhbəri istefaya göndərilib

Obama administrasiyasının rəhbəri istefaya göndərilib

ABŞ prezidenti Barak Obamanın administrasiyasının rəhbəri Vilyam Deyli istefaya göndərilib. SİA-nın məlumatına görə, bu barədə xəbəri dünən axşam "Reuters" yayıb. Postun Deylidən Ağ Ev administrativ-büdcə idarəsinin rəhbəri Ceykob Lyuya keçəcəyi gözlənilir. Xatırladaq ki, Deyli bu posta 2011-ci ilin yanvarında təyin olunmuşdu. Daha əvvəl isə o ölkənin ticarət naziri idi və JP Morgan bankında top-menecer işləyirdi. Onun işdən azad olunmasının səbəbi isə bildirilmir.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə