Nigeriyada minlərlə insan tətil edib

Nigeriyada minlərlə insan tətil edib

Nigeriyalılar neftlə zəngin ölkədə yanacağın qiymətinin artmasına və hökumətin uzun sürən korrupsiya fəaliyyətinə etiraz olaraq küçələrə çıxıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ümumi tətil dalğası ölkənin çox hissəsini iflic halına salıb. Nigeriyanın iqtisadi paytaxtı sayılan Laqosda 10 minədək insan küçələrə çıxıb. Bəziləri polisin küçələrdə qurduğu metal maneələri dağıdıb, digərləri isə avtomobil təkərləri yandırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə