Avropa 2012-ci ildə orbitə 13 kosmik raket buraxacaq

Avropa 2012-ci ildə orbitə 13 kosmik raket buraxacaq

Avropanın Arianespace kosmik-raket şirkəti 2012-ci ilə 13 kosmik raket buraxılışının planlaşdırıldığı barədə məlumat verib. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şirkət ilk dəfə olaraq hər 3 kateqoriyadan ibarət raketlərin buraxılmasını həyata keçirəcək. 2012-ci ildə yeddi Ariane 5 ağır raketdaşıyıcısı, Rusiyanın orta kateqoriyaya aid beş "Soyuz" raketdaşıyıcısı və Avropanın yeni yüngül raketdaşıyıcısı Vega-nın ilk startı olacaq.

Orbitə startı nəzərdə tutulan buraxılışlar arasında martın 9-da Beynəlxalq kosmik stansiyaya çıxarılacaq Avropanın Edoardo Amaldi kosmik yük gəmisi də var.

Xatırladaq ki, 2010-cu ildə imzalanan müqaviləyə əsasən, Arianespace şirkəti 2012-ci ilin dördüncü rübündə "Ariane-5ECA" raketdaşıyıcısı vasitəsilə Azərbaycanın ilk telekommunikasiya peykini də orbitə çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə